HAQQIMIZDA

Azərbaycan Respublikası «Əlil Körpələrə Yardım» İctimai Birliyi 2000-ci ildən fəaliyyət göstərir. 29 mart 2003-cü ildə rəsmi Dövlət qeydiyyatından keçmişdir.

“Əlil Körpələrə Yardım” İctimai Birliyi uşaqlara ən müxtəlif səviyyələrdə yardım göstərməklə cəmiyyətdə yalnız sağlam ənənələrin, zəngin əxlaqi-mənəvi dəyərlərin möhkəmlənməsinə çalışır. Bu xeyirxah missiya köməksizə əl tutmaq, çarəsizdə ümid yaratmaq, bir sözlə, uşaqlara səmimi diqqət və qayğı istəyindən qaynaqlanır. Uşaqlara təmənnasız yaxşılıq etmək. Diqqət və qayğı nümunələri ilə zəngin olan çoxşaxəli fəaliyyətinə nəzərən savab və xeyirxah əməllərin nə qədər vacib olduğunu dərk edir, özünün yaşam fəlsəfəsini bu ideallara uyğunlaşdırmağa çalışır. Xeyirxahlıq, mərhəmət, ədalət kimi ülvi və saf dəyərlər fəaliyyətimizdə parlaq xətt təşkil edir. Başqalarına yaxşılıq ömrü boyu onun üçün ümdə anlayışlara, ülvi insani keyfiyyətlərə çevrilmiş, eyni zamanda bu xeyirxahlıq missiyasının kökündə təmənnasızlıq prinsipi dayanmışdır: "...Ömur boyu mənim həyat amalım belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çatdırmaq olmaz. Zəngin mənəviyyata, dair maraqlarla çərçivələnməyən konkret həyat amalına malik insanlar dövrünün problemlərinə əsl ziyalı yanğısı, vətəndaş təəssübkeşliyi ilə yanaşır, fürsət düşdükcə xalqının nicatına, təminatlı gələcəyinə xidmət edən xeyirxah əməllərin sahibinə çevrilirlər. Şəxsiyyətə hörmət, vətəndaşa həssas münasibət, insanlara qayğı və təmənnasız xidmət amalını özünün həyat kredosuna çevirmiş İctimai Birliyimiz genişmiqyaslı işlər görmüşdür. Elm və təhsilin səviyyəsinin yüksəldilməsi, səhiyyənin inkişafı, insanların fiziki və mənəvi sağlamlığının təminatı, təbliğ olunması yönümündə həyata keçirdiyi fəal mövqeyində dayanmışdır. İctimai Birliyimiz mümkün səviyyədə uşaqların  problemlərinin həllinə səy göstərir, imkanlarını bu yöndə səfərbər edir. Bəzən hətta müəyyən dövlət qurumlarında biganəliklə üzləşən, problemlərini həll edə bilməyən imkansız uşaqların ailələri İctimai Birliyimizə müraciət edirlər və onların problemlərinin həllinə səy göstərilir. İctimai Birliyimiz əsas fəaliyyət istiqamətlərindən biri də ölkənin təhsil problemlərinin həllinə kömək və bu məqsədlə nüfuzlu beynəlxalq təşkilatlardan geniş imkanlarından səmərəli şəkildə faydalanmaqdan ibarət olmuşdur. Bu nüfuzlu beynəlxalq təşkilatın diqqətinin ölkəmizin təhsil problemlərinin həllinə cəlb olunması, təşkilatla əməkdaşlıq şəraitində keçirilən birgə tədbirlər yaxın gələcəkdə mövcud əlaqələrin daha da intensivləşməsinə yaxşı imkanlar açır.

Əgər inam varsa, iradə varsa, əgər işləri düzgün qurmaq bacarığı varsa, hər bir problem çox qısa bir zamanda öz həllini tapa bilər. Layihə çərçivəsində tikdirmək istədiyiimiz elmin, təhsilin, kompyuter və informasiya texnologiyalarının dinamik inkişafı, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, bugünün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişməsi yolunda məqsədyönlü işlərin görülməsi, ilk növbədə, həqiqi vətənpərvərlikdən irəli gəlir. Yalnız səmimi vətənpərvərlik hissi, vətən sevgisindən qaynaqlanan təmənnasız, pak hisslər insanı olduqca çətin, lakin xalqın və dövlətin gələcəyi baxımından müstəsna əhəmiyyətli işləri həyata keçirməyə sövq edə bilər.

İctimai Birliyimiz bundan sonra da həmçinin, səhiyyə, ekologiya, idman və sosial problemlərlə bağlı müxtəlif layihələr hazırlamaq  niyyətindədir. "Bəzən cəmiyyətdə insan elə bir vəziyyətə düşür ki, bütün döydüyü qapılar onun üzünə bağlı qalır. O öz dərdi ilə, öz problemi ilə təkbaşına qalır və ona elə gəlir ki, heç bir şey və heç kəs ona kömək edə bilməz. Bu halda o, üzünü bizim İctimai Birliyimizə tutur. Mən demək istəmirəm ki, biz dərhal onun bütün problemlərini həll edirik. Amma o insan burada nə biganəliklə, nə soyuq münasibətlə rastlaşmaz və hökmən onun problemlərinin həlli üçün mümkün olan bütün vasitələrdən istifadə edirik. Yəqin ki, xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan gözəl keyfiyyətlərdən biridir və biz bu gün “Əlil Körpələrə Yardım” ictimai birliyi  olaraq bu ənənələri davam etdirməyə çalışırıq. İctimai Birliyin iş  prinsipləri sırf humanitar xarakterli, siyasət baxımından bitərəfdir.

Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyün dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Mən arzu edirəm ki, dünyada saf və xeyirxah əməllər daha çox olsun, dərd-qüssə isə, azacıq da olsa, əskilsin.

Aparılan monitorinqlərin nəticəsi olaraq respublikanın bütün regionlarında yerləşən uşaq tərbiyə müəssisələrində problemlərin həllinə yönələn dörd əsas istiqamət - texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq prioritet təşkil etmişdir. Əsasən təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - maddi bazanın yaxşılaşdırılmasına, tədris, saglamlıq prosesinin səviyyəsinin yüksəldilməsinə istiqamətlənmişdir.

İctimai Birliyimiz tərəfindən Əlil, kimsəsiz, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar üçün hər il ölkənin ən iri saraylarında Yeni il və Novruz şənlikləri də, müxtəlif gəzintilər də təşkil edilir.

Məhəmməd Peyğəmbərimizin fikridir: “İnsanlar arasında ən dəyərlisi insanlar üçün ən çox xeyirli iş görənlərdir”.

Həqiqətən hesab edirəm ki, ən başlıcası, ən vacibi və faydalısı bir-birimizə olan marağı itirməməkdir. Kitabsız savadlı nəsil tərbiyə etmək olmaz. Ona görə də çox ümid edirəm ki, bugünkü müraciətimiz ölkələrimizin rifahı naminə, başlıcası isə, uşaqlarımızın həqiqətən savadlı, mədəni böyüməsi və bizim onlarla fəxr edə bilməyimiz naminə əməkdaşlığın möhkəm bünövrəsini qoyacaqdır.

Sizə cansağlığı və uğurlar arzulayıram. Məsuliyyət hissini dərk edən şəxs xeyirxahlığı, qayğıkeşliyi, qurub-yaratmağı, əsl vətəndaş olmağı fəaliyyətinin əsas istiqaməti sayır. Yumşaq qəlbli insan sanki körpələrin tərbiyəsi, onların sağlam böyümələri, irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi, təhsilin səviyyəsinin yüksəldilməsi, bir sözlə böyük xeyriyyəçilik fəaliyyəti göstərmək üçün doğulmuşdur. Həmin insan xeyirxahlıq təcəssümüdür.

Həyat amalını insanlara qayğı göstərməkdə, xəstə uşaqlara, ehtiyac içərisində yaşayanlara yardım etməklə, uşaqlar üçün nümunəvi şərait yaradıla bilər.

ELANLAR

bütün elanlar